1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azad Rəhimov: "Bir komanda ilə inkişaf olmaz"
"Özüm həndbol üzrə yığma komandanın üzvü olmuşam O dövrdə bu idman növünə böyük maraq olub. Niyə biz idman qurğularının yüksək səviyyədə olduğu, ölkə prezidenti səviyyəsində dəstək verildiyi halda həndbolu inkişaf etdirməyək?".
Sportnet.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan Həndbol Federasiyasının (AHF) təşkilati məsələlərinin müzakirəsi ilə bağlı keçirilən Növbəti Konfransda deyib.
A.Rəhimov çıxışında Prezident İlham Əliyevin MOK rəhbəri seçilməsindən sonra idmanda baş verən inkişafdan danışıb. Nazir komanda idman növlərində - futbol və voleyboldakı uğurlardan söz açıb. Bildirib ki, idman çox böyük strategiya əsasında işlənilməlidir: "Etiraf edək ki, bir komanda ilə bu idman növünü inkişaf etdirə bilmərik".
Nazir yerli çempionatların keçirilməsinin, məşqçilərin təlimlərə göndərilməsinin önəmini vurğulayıb: "Federasiyanın yeni prezidenti Saleh Məmmədov daim voleybolçuların yanında olub. O, həndbolu sıfır səviyyəsindən qaldırmağa hazır adamdır. Cənab prezident də Saleh müəllimə etimad göstərib".
Qeyd edək ki, "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov bu gün Azərbaycan Həndbol Federasiyasının yeni prezidenti seçilib.