Bakıda qadın voleybolçular arasında Avropa çempionatının açılış mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, bədii hissədə sonra yarışın Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov açılış sözü ilə çıxış edib.
O, bildirib ki, Avropanın ən güclü komandaları Bakıya toplaşıb. Y.Eyyubov Azərbaycan bütün tədbirəri, o cümlədən idman təbdirlərini yüksək səviyyədə keçirməyə qadir olduğunu deyib: "Odlar yurdu Azərbaycana gələn bütün qonaqları salamlayıram. Rusiya, Ukrayna, Türkiyə, Bolqarıstan, Macarıstan, Polşa və Almaniya yığmalarına "Azərbaycana xoş gəlmisiniz” deyirəm. Bu gün Azərbaycan bütün tədbirəri, o cümlədən idman təbdirlərini yüksək səviyyədə keçirməyə qadiridir. Bunun sübutu olaraq, Formula 1 üzrə Azərbaycan Qran Prisini, I Avropa Oyunlarını, Ümumdünya Şahmat Olimpiyadasını qeyd edə bilərəm. 2019-cu ildə futbol üzrə Avropa Liqasının final və 2020-ci ild Avropa çemionatının qrup oyunları da Bakıda təşkil olunacaq”.
Y.Eyyubov Təşkilat Komitəsi adından qadın voleybolçular arasında Avropa çempionatını yüksək səviyyədə keçirəcəklərinə əminlik ifadə edib: "Yarışda Azərbaycan yığmasının uğurla çıxış edəcəyinə ümud edirik. Azərbaycan voleybolu böyük yüksəliş yolu keçib. Komandamız Avropa Liqasının qalibi olub, dünya Qran Prisinə vəsiqə qazanıb. Bütün voleybol ictimaiyyətini təbrik edirəm. Avropa çempionatını açıq elan edirəm”.
Qeyd edək ki, oktyabrın 1-dək davam edəcək turnirin A və C qrupunun, eləcə də yarımfinal və final oyunları Bakıdakı Milli Gimnastika Arenasında olacaq. D qrupunda qərarlaşan kollektivlər Göygöl Olimpiya Kompleksində üz-üzə gələcəklər. B qrupunun və 1/4 final mərhələsinin matçları isə Gürcüstanın paytaxtı Tbilisidə Yeni İdman Sarayında baş tutacaq.