Bu gün Bakıda 2015-ci il Avropa çempionatının II seçmə mərhələsində 2-ci dövrənin növbəti oyunları keçirilib. Sportnet.az-ın məlumatına görə, D qrupunda yer alan Azərbaycan milli komandası Portuqaliyanı, Bolqarıstan isə Yunanıstanı sınağa çəkib. Hər iki qarşılaşmada gözlənilən və eyni hesabla başa çatıb. Bununla da Bolqarıstan xallarını 13-ə, Azərbaycan 12-yə çatdırıb. Yunanıstanın 3, Portuqaliyanın 2 xalda qalıb. Beləliklə, qrupda ilk pillənin sahibinə sabah Azərbaycan və Bolqarıstan arasında keçiriləcək görüşdə aydınlıq gələcək.
Bolqarıstan – Yunanıstan –3:1 (25:9, 20:25, 25:21, 25:12)
Hakimlər: Aleksey Skibitski (Ukrayna), Aleksandr Ryabtsov (Rusiya)
Portuqaliya – Azərbaycan - 1:3 (27:25, 23:25, 18:25, 14:25)
Hakimlər: Nurper Özbar (Türkiyə), Aleksandr Pyasetski (Rusiya)
Qeyd edək ki, İlk oyun günündə Azərbaycan Yunanıstanı, Bolqarıstan isə Portuqaliyanı məğlub edib: 3:0. Bütün oyunlar Bakıdakı Voleybol Mərkəzində keçirilir.