Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Braziliyanın Uberlandiya şəhərindəki 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının Təsnifat Turnirində iştirak etdikdən sonra istirahətə yollanıb.
Sportnet.az-ın məlumatına görə, IX dəfə Avropa çempionatında iştirak edəcək milli hazırlıqlara avqustun 14-də başlayacaq. 10 günlük fasilədən sonra yığma hazırlıqlara Sloveniyada start verəcək. Toplanış zamanı Sloveniya milli komandası və digər komandalarla bir neçə yoldaşlıq oyunu nəzərdə tutulub. Komanda Avropa çempionatı üçün avqustun 21-də Macarıstanın paytaxtı Budapeştə yollanacaq.
C qrupunda mübarizə aparacaq komandanın rəqibləri Xorvatiya, Hollandiya, Rumıniya, Estoniya, Macarıstan yığmalarıdır.
Qeyd edək ki, son Avropa çempionatında Azərbaycab millisi dördüncü yerin sahibi olub. Builki Avropa çempionatda 24 komanda çempionluq uğrunda mübarizə aparacaq.
23.08.19
17:00 Xorvatiya – Azərbaycan
19:30 Hollandiya _ Rumıniya
22:30 Macarıstan - Estoniya
24.08.19
20:00. Estoniya – Xorvatiya
22:30. Rumıniya – Macarıstan
25.08.19
17:30. Azərbaycan – Hollandiya
20:00. Estoniya – Rumıniya
26.08.19
20:00. Hollandiya – Xorvatiya
22:30. Macarıstan – Azərbaycan
27.08.19
20:00. Hollandiya – Estoniya
22:30. Rumıniya – Xorvatiya
28.08.19
17:30. Azərbaycan – Estoniya
20:00. Xorvatiya – Macarıstan
29.08.19
17:30. Rumıniya – Azərbaycan
20:00. Macarıstan – Hollandiya