Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Türkiyədə təlim-məşq toplanışına start verib.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, komanda üzvləri Bakı hazırlığından sonra çalışmaları İstanbulda davam etdirir. Yığma bu gün “Fənərbaxça” ilə yoxlama matçına da çıxacaq. Bu, Vasif Talıbovun rəhbərliyi altında ilk qarşılaşma kimi tarixə düşəcək.
Qeyd edək ki, son toplanışı Polşada keçəcək yığma 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində iştirak üçün Hollandiyaya yollanacaq.