Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Niderlandda keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirinə hazırlığı başa vurub.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, ötən il dekabrın 25-də Bakıda başlayan çalışmalar Polşada yekunlaşıb. Vasif Talıbovun baş məşqçi olduğu kollektiv orada yerli yığma ilə iki qarşılaşmada gücünü yoxlayıb. Hər iki görüşdə Polşa millisi qalib gəlib.
Azərbaycan yığması 11 günlük toplanış müddətində Polşadan öncə Türkiyədə də hazırlıq keçib. Talıbovun komandası qonşu ölkədə “Fənərbağça” və “Türk Hava Yolları” klubları ilə qüvvəsini sınayıb və hər 2 matç heç-heçə ilə bitib. Milli komanda yanvarın 5-də Niderlanda yollanacaq.
Qeyd edək ki, Apeldornda baş tutacaq Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya turniri yanvarın 7 - 12-də olacaq.