
Xorvatiyada koronavirus pandemiyasına görə yarımçıq dayandırılan basketbol üzrə 2019-2020 mövsümü davam etdirilməyəcək.
Sportnet.az-ın məlumatına görə, bu barədə federasiyanın rəsmi açıqlamasında bildirilib.
Cari mövsümün ləğv olunduğu və hər hansı komandanın çempion elan olunmayacağı vurğulanıb.
Artıq klublara yeni mövsümə hazırlaşmaq barədə tapşırıq verilib.