Peru tennisçisi Arklon Uertas del Pinyo antidopinq qaydalarını pozması səbəbindən könüllü diskvalifikasiya olunub.
Spotnet.az Beynəlxalq Tennis Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, idmançı narkotik maddə səbəbi ilə bu qərarı verib. Perunun paytaxtı Limada 2019-cu ilin oktyabrında keçirilmiş turnirdə idmançının nümunəsi pozitiv olub.
Del Pinyo 2019-cu il dekabrın 27-də ittiham olunub və bu il aprelin 8-də məhkəmədə günahını etiraf edib.