
"Azerreyl" klubu voleybolçusu Anastasiya Mertsalova ilə bağlı qərarını açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, 19 yaşlı orta sahə oyunçusu ilə müqavilənin müddəti uzadılıb.
Sözləşmənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, "Azerreyl" daha öncə Azərbaycan yığmasının üzvü Kseniya Pavlenko ilə müqaviləni yeniləyib.