Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən "Filadelfiya"nın oyunçusu Set Karri koronavirusa yoluxub.
Sportnet.az ESPN-ə istinadən xəbər verir ki, 30 yaşlı basketbolçu qarşılaşma zamanı koronavirus testinin müsbət çıxdığını öyrənib.
Karri "Bruklin"ə qarşı normal mövsümün ilk 1/4 matçında koronavirusa yoluxduğunu bilib. Təcürbəli oyunçu ilk hissəni ehtiyatda keçirib, bundan sonra isə koronavirus testini alıb və dərhal arenadan ayrılaraq özünü təcrid edib.
Qeyd edək ki, qarşılaşma "Bruklin"in 122:109 hesabı ilə başa çatıb.