
Yeniyetmə və gənclərdən ibarət badminton üzrə Azərbaycan millisi Rusiyanın Kazan şəhərində keçirilən I MDB oyunlarında ilk görüşlərini keçirib.
Sportnet.az-ın məlumatına görə, ilk oyunda Belarusu 4:1 hesabı ilə məğlub edən yığma ikinci turda eyni hesabla Özbəkistana qalib gəlib.
Komanda 3-cü turda Ermənistanı 5:0 hesabı ilə üstələyib. Milli dairəvi sistem üzrə keçirilən komanda yarışında növbəti görüşlərini sabah keçirəcək. İlk olaraq Rusiya ilə qarşılaşacaq yığma son turda Qazaxıstanla üz-üzə gələcək. Sabah komanda yarışında qaliblər müəyyənləşəcək.