"Bildiyiniz kimi, gözlənilməz zədələr aldım".
Sportnet.az xəbər verir ki, bunu İtaliyanın "Kasalmaggiore" klubunda çıxış edən Azərbaycan millisinin sabiq voleybolçusu Polina Rəhimova şəxsi feysbuk hesabında yazıb.
32 yaşlı oyunçu hazırda Siciliyada olduğunu bildirib: "Müalicələrim indiyədək yaxşı nəticələr verir. Ümid edirəm ki, qara buludlar uzaqlaşar və tezliklə meydana qayıdacağam. Mən də hamınız üçün darıxıram və görüşməyi səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, Polina Rəhimova 2020-ci il yanvarın 10-da Azərbaycan millisində karyerasını başa vurduğunu açıqlayıb.