
İspaniyanın "Barselona" basketbol komandası "Zenit"ə qarşı keçirəcəyi Avroliqa oyunu üçün Rusiyaya uçmaqdan imtina edib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Rusiya və Ukrayna arasında gedən müharibə səbəbindən bu addımı atıb.
Görüş fevralın 25-də Sankt-Peterburqda olmalı idi. Oyunun startı Bakı vaxtı ilə saat 20:00-a planlaşdırılmışdı.
Fevralın 25-də turnirin rəhbərliyi gərginliklə əlaqədar mövsümünün davam etdirilməsini müzakirəyə çıxarmaq üçün iştirakçı klubların nümayəndələri ilə görüşəcək.
Qeyd edək ki, "Barselona" 25 oyundan 20 qələbə ilə turnir cədvəlinə başçılıq edir. "Zenit" isə 23 matçda qazandığı 14 qələbə ilə 5-ci yerdə qərarlaşıb.