Ümumrusiya Voleybol Federasiyası (VFV) İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.
Sportnet.az-ın məlumatına görə, VFV ləğv olunmuş dünya çempionatına görə 80 milyon ABŞ dolları məbləğində təzminat tələb edib.
Qurumun baş katibi Aleksandr Yaremenko TASS-a bildirib ki, hüquqşünasların əmək haqlarının ödənilməsindəki problemlərlə əlaqədar hüquqi dəstək almaq elə də asan deyil: "Ödənişləri köçürə bilmirik. Bu məsələlərin həll edirik".
Qeyd edək ki, martın 1-də Beynəlxalq Voleybol Federasiyası Ukraynaya hərbi müdaxilə ilə əlaqədar 2022-ci il dünya çempionatını Rusiyada keçirməkdən imtina qərarı qəbul edib. Mundial 26 avqust - 11 sentyabrda 10 şəhərdə - Moskva, Sankt-Peterburq, Kalininqrad, Yaroslavl, Kazan, Yekaterinburq, Ufa, Novosibirsk, Kemerovo və Krasnoyarskda təşkil olummalı idi.