Azərbaycanın voleybol milliləri Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarından sonra Avropa çempionatının seçmə mərhələsində çıxış edəcəklər.
Sportnet.az-ın məlumatına görə, İslamiadanın bürünc medalçısı olan qadın millisi bu gün seçmə mərhələdə ilk matçına çıxacaq. Rəqib qonşu Gürcüstan yığması olacaq. Oyun Bakıdakı Voleybol Mərkəzində baş tutacaq.
Kişi millisi isə AÇ-nin təsnifat mərhələsində 3-cü matçına çıxacaq. Rəqib yığmanın Bakıda 1:3 hesabı ilə uduzduğu Danimarka millisi olacaq. Oyun Midlfart şəhərində keçiriləcək. Milli qrupdakı ilk iki matçında yduzub.
Avropa çempionatının seçmə mərhələsi (qadınlar)
18:00 Azərbaycan – Gürcüstan
Avropa çempionatının seçmə mərhələsi (kişilər)
21:00 Danimarka – Azərbaycan