
Kişi həndbolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan 2026-cı il Avropa çempionatının ilkin seçmə turnirində növbəti oyununu keçirəcək.
Sportnet.az xəbər verir ki, yığma sonuncu - III turda Kiprlə qarşılaşacaq. Görüş saat 15:00-da başlayacaq.
Qrupun digər oyununda Böyük Britaniya və Malta komandaları üz-üzə gələcəklər. Bu oyun saat 12:45-də start götürəcək.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan millisi Maltanı üstələyib (34:25), Böyük Britaniyaya uduzub (22:39). Kipr isə maltalıları məğlub edib (47:26), britaniyalılarla bərabərə qalıb (25:25).