
Kişi həndbolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan 2026-cı il Avropa çempionatının ilkin seçmə turnirində sonuncu oyununu keçirib.
Sportnet.az xəbər verir ki, yığma III turda Kiprlə qarşılaşıb. Görüş rəqibin 32:23 hesablı qələbəsi ilə başa çatıb.
Qrupun digər oyununda Böyük Britaniya Maltadan üstün olub - 44:14.
Beləliklə Azərbaycan millisi qrup mərhələsini 2 xalla üçüncü pillədə başa vurub. Böyük Britaniya 5 xalla birinci yeri tutub. Onlar top fərqinə görə Kipri üstələyiblər.