
Voleybol üzrə qadınlar arasında Azərbaycan Yüksək Liqasında bürünc medal qazanan komanda bəlli olub.
Sportnet.az xəbər verir ki, üçüncü qarşılaşmada UNEC-i 3:0 (25:19, 25:15, 25:16) hesabı ilə məğlub edən "Murov" üçüncü yeri rəsmiləşdirib.
Komanda əvvəlki iki görüşdə də quru hesabla qalib gəlmişdi.
Bu gün, həmçinin, Yüksək Liqada qızıl medalçı da müəyyənləşəcək. Əvvəlki matçlarda rəqibini üstələyən "Azərreyl" "Abşeron"u məğlub etsə, çempion adını qazanacaq.