Həndbol üzrə Azərbaycan çempionatında III turun oyunları keçirilib.
Sportnet.az xəbər verir ki, kişilərin yarışında “İdman Akademiyası” - “Azəryol” görüşü ikincilərin 45:36 hesablı qələbəsi ilə yekunlaşıb.
“Bakı” autsayder “Dinamo” önündə büdrəməyib - 46:21.
Şərikli iderlər “Kür” və “Qarabağ” komandaları bu turda üz-üzə gəliblər. Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan mərkəzi matçda 27:20 hesabı ilə qələbə qazanan “Kür” vahid liderliyə yüksəlib.