20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Polşada keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında ilk matçına çıxıb.
Sportnet.az xəbər verir ki, Səbuhi Əliyevin baş məşqçisi olduğu yığma Estoniya ilə üz-üzə gəlib.
Qarşılaşma komandamızın məğlubiyyəti ilə bitib - 0:3 (17:25, 11:25, 22:25).
U-20 turnirdə Latviya, Ukrayna və Polşa kollektivləri ilə də görüşəcək.
Qeyd edək ki, yanvarın 14-də başa çatacaq yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.