
Çimərlik
voleybolu üzrə iyunun 21-də paytaxtımızda start götürəcək "Avropa Kuboku”nun
1-ci mərhləsində ölkəmizi təmsil edəcək cütlüklər açıqlanıb. Azərbaycan
Voleybol Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata
görə, təmsilçilərimizlə yanaşı, Türkiyə, Ukrayna və İsraildən olan cütlüklər mübarizə
aparacaq.
H qrupuna ev sahibliyi edəcək Azərbaycan cütlükləri bunlardır:
Qadınlar
İrina Abbaszadə (1991) – Yuliya Kərimova (1985)
Viktoriya Ağakişiyeva (1989) – Zinaida Hüseynova (1988)
Kişilər
Artyom Fedorov (1989) – Maksim Basuy (1989)
Yaroslav Rudix (1991) – Leonid Qritsai (1990)
Sevinc XANQIZI