Bu gün Azərbaycan Premyer Liqasında III tura start verilib. Sportnet.az-ın məlumatına görə, açılış oyununda "Xəzər Lənkəran" "Rəvan"ı qəbul edib.
Lənkəran şəhər stadionunda keçirilmiş matç 1:1 hesablı heç-heçə ilə nəticələnib. Meydan sahibləri 1 xalı çətinliklə əldə ediblər. İkinci hissənin əvvəllərində "ağ-yaşıllar"ın futbolçusu Elşən Rzazadə ikinci sarı vərəqənin ardından meydandan qovulub. Qonaqlar say üstünlüyündən tezliklə yararlanıblar. Ramazan Abasov hesabı açıb. "Xəzər Lənkəran" bərabərlik qolunu oyunun sonlarında baş hakim Rəhim Həsənovun təyin etdiyi penaltidən sonra vurub. Bundan az sonra isə Adrian Skarlatake də qırmızı vərəqə alıb. 9 futbolçu ilə qalmasına rəğmən, meydan sahibləri heç-heçəni qoruyub.
22 avqust
21:00. "Xəzər Lənkəran" – "Rəvan" - 1:1
Qol: Rahid Əmirquliyev, 87-penalti ilə - Ramazan Abbasov, 54
Qırmızı vərəqələr: Elşən Rzazadə, 47; Adrian Skarlatake, 90+1 ("Xəzər Lənkəran")
"Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı
3. Rasim Ramaldanov
8. Elşən Rzazadə
9. Orxan Əliyev
11. Kazım Kazımlı
12. İlyas Səfərzadə
14. Rahid Əmirquliyev (k)
18. Tural Cəlilov
27. Adrian Skarlatake
97. Elnur Cəfərov
99. Mahsum Qəmbərli
Ehtiyat oyunçular:25. Tərlan Qasımzadə
5. Fərid Əsədov
16. İbrahim Qədirzadə
32. Zaman Mirzəzadə
42. Kamran Abdullazadə
72. Elvin Mirzəyev
96. Anar Babazadə Baş məşqçi: Yunis Hüseynov
"Rəvan”: 32. Kostyantin Maxnovskiy
2. Ruslan Tağızadə
21. Novruz Məmmədov
6. Vüqar Bəybalayev
11. Şeriff Suma
92. Yamin Ağakərimzadə
18. Samuel Barlay
99. Nicat Muxtarov
22. Məhəmməd Alıyev
17. Ramazan Abbasov (k)
19. Tural Qürbətov Ehtiyat oyunçular:1. Rəşad Əzizli
14. Elvin Əliyev
24. Elçin İsmayılov
13. Cəmşid Məhərrəmov
7. Elvin Həsənəliyev
77. Cavad Kazımov
86. Fərid Quliyev Baş məşqçi: Emin Quliyev
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Akif Əmirəli, Nail Nağıyev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Füzuli Nəcəfov
"Xəzər Lənkəran" mərkəzi stadionu
Qeyd edək ki, turun digər oyunları 23 və 24 avqustda keçiriləcək.