
Bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində eyni ölkədən 5 komanda çıxış edəcək. Sportnet.az-ın məlumatına görə, belə bir tarixi nailiyyətə İspaniya təmsilçiləri imza atıb.
Qrup mərhələsinə vəsiqələrdən birinin sahibi Fransa "Monako"sunu "pley-off" mərhələsində iki oyunun nəticəsində üstələyən (3:1, 1:2) "Valensiya" olub. "Barselona" Çempionlar Liqasının, "Sevilya" Avropa Liqasının qalibi, "Real Madrid"lə "Atletiko" isə gümüş və bürünc medalların sahibi kimi birbaşa vəsiqəyə yiyələnib.