Dortmund "Borussiya"sı Almaniya Bundesliqasında III turun oyununu qələbə ilə başa vurub. Sportnet.az-ın məlumatına görə, "Qəbələ"nin Avropa Liqasındakı rəqibi öz meydanında "Herta"nı məğlub edib - 3:1.
Qalib komandadan Mats Hummels (dəq.27), Pyer-Emerik Obameyanq (dəq.51) və Adrian Ramos (dəq. 90+3) fərqlənib. Berlin təmsilçisinin yeganə qolunu isə Salomon Kalu (dəq. 78) vurub.
Bu qələbə sayəsində "Borussiya" xallarını 9-a çatdıraraq, "Bavariya" ilə birgə şərikli liderliyini davam etdirib.
Qeyd edək ki, "Qəbələ" "Borussiya" ilə ilk görüşünü oktyabrın 22-də Bakıda, təkrar qarşılaşmanı isə noyabrın 5-də Dortmundda keçirəcək.