
Avropa Liqasının qrup mərhələsində Azərbaycanı təmsil edən "Qəbələ" və "Qarabağ” klublarının rəqibləri öz ölkələrinin çempionatlarında növbəti oyunlarını keçirib. Sportnet.az-ın məlumatına görə, "Qəbələ"nin rəqiblərindən Dortmund "Borussiya"sı Almaniya Bundesliqasında VIII turunun mərkəzi görüşündə səfərdə "Bavariya”ya 1:5 hesabı ilə məğlub olub.
Dortmundlular hazırda 17 xalla 2-ci pillədə qərarlaşıb.
"Krasnodar" Rusiya Premyer Liqasınının XI turu çərçivəsində səfərdə "Ufa” ilə qarşılaşıb. Matç bərabərə başa çatıb - 1:1. Bu nəticədən sonra "Qəbələ”nin rəqibi 14 xalla 9-cu pillədə qərarlaşıb.
PAOK Yunanıstan Super Liqasının VI turunda lider "Olimpiakos”u qəbul edib. Oyun qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. 6 turdan sonra cəmi 10 xal toplamış PAOK hazırda 16 klub arasında 5-cidir.
"Qarabağ"ın rəqiblərinə gəldikdə, Fransa I Liqasında IX turun oyununda "Monako” klubu evdə "Renn”lə 1:1 hesablı heç-heç edib. "Knyazlıq klubu" 13 xalla 10-cü pillədə yer alıb.
İngiltərə Premyer Liqasının VIII turunda səfərdə "Suonsi”nin rəqibi olan "Tottenhem” isə qarşılaşmadan bərabərlikə ayırlıb - 2:2. 13 xal toplayan "Qarabağ”ın rəqibi turnir cədvəlində 20 komanda arasında 8-ci pillədədir.
Belçika Jupiler Liqasının VI turunda öz meydanında "Mexelen”i qəbul edən "Anderlext” rəqib komandanın son dəqiqələrdə vurduğu qolla 1:1 hesablı bərabərliyə razılaşıb. Beləliklə, "Anderlext” 19 xalla 3-cü pilləyə düşüb.