1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Fəhmin Muradbəyli üzr istədi
"Zirə” ilə Azərbaycan Premyer Liqasının VII tur matçında qırmızı vərəqə alaraq, komandasını çətin vəziyyətdə qoyan "Neftçi" klubunun futbolçusu Fəhmin Muradbəyli üzr istəyib. Sportnet.az-ın məlumatına görə, 19 yaşlı hücumçu azarkeşlərə üzrxahlığını klubun rəsmi "Facebook" səhifəsi vasitəsilə çatdırıb.
O, rəqibə bilərəkdən ayaqla zərbə endirməsini "Zirə"nin futbolçuları tərəfindən tez-tez üzləşdiyi kobudluqla əlaqələndirib: "Oyunun çətin keçəcəyini bilirdik. Görüşə də yaxşı hazırlaşmışdıq. Amma oyun başlayan kimi rəqib komandanın futbolçuları kobud oynamağa başladılar. Bir neçə epizodda konkret mənə qarşı bilərəkdən kobudluq edildi. Həmin vəziyyətlərdə ciddi zədə almaqdan özümü zorla qorudum. Belə hallarda cərimə zərbəsi təyin olunmayanda nəticə də ağır olur. İkinci hissədə də mənə qarşı aqressiv oyun davam etdi. Qırmızı vərəqə epizodunda rəqib ayağımın üzərinə yıxıldı və heç durmağa da tələsmirdi. Ağrıdan belə reaksiya verdim".
Komandasını azlıqda qoyduğu üçün özünü pis hiss etdiyini bildirən Muradbəyli "Əsas heyətdə güclənmək üçün mütəmadi oynamalıyam. İndi alacağım zədə həm klub, həm də milli komanda karyerama zərbə olardı" deyib. Azarkeşlərin uzun yol qət edərək "Neftçi"ni dəstəkləməyə gəldikləri halda, qələbə qazana bilmədiklərinə görə o, üzr istəyib.