
AVRO-2016-nın final mərhələsinə daha bir vəsiqənin sahibi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu, İsveçrə millisidir.
E qrupunda yer alan baş məşqçi Vladimir Petkoviçin komandası IX turda San-Marinonu darmadağın edib - 7:0. Qollardan 3-ü ikinci hissədə penaltidən vurulub.
Bu qələbə sayəsində xallarını 18-ə çatdıran İsveçrə ən yaxın izləyicisi Sloveniyanın Litva ilə ev oyununda qalib gələ bilməməsindən sonra (1:1) aradakı xal fərqini 5-ə çatdırıb. Ötən tur İngiltərə millisi qrup lideri kimi mərhələ adlayıb. İsveçrə də birbaşa vəsiqəyə sahib olub. Sloveniya isə "pley-off"da mübarizə aparacaq.