"Kəpəz" azarkeşlərinin doğma komandalarına həsr etdikləri marş musiqi müəllifi, türkiyəli bəstəkar Alp Murat Alperin də ürəyincə olub. Sportnet.az-ın məlumatına görə, Alper marşı öz facebook hesabında paylaşıb.
O, musiqi barədə xoş sözlər də yazıb: "Bu, nə gözəllikdir?! "Gözəl günlər görəcəyik" şirin azərbaycanca nə qədər də gözəl olub. Artıq "Kəpəz" mənim də komandamdır".