Yaxşı günlərini yaşamayan "Xəzər Lənkəran” yeni transfer etməyəcək. Sportnet.az-ın məlumatına görə, Lənkəran təmsilçisi növbəti dəfə FİFA tərəfindən cərimələnə bilər.
Komandanın güclənməyəcəyini öyrənən baş məşqçisi Yunis Hüseynovun bu gün istefa verəcəyi gözlənilir. Bu vəzifədə Hüseynovu onun köməkçilərindən birinin əvəzləyəcəyi gözlənilir. 51 yaşlı mütəxəssis ATV-yə açıqlamasında rəhbərliklə görüşdükdən sonra komandadakı gələcəyi ilə əlaqədar qərar qəbul edəcəyini bildirib: "Komandanın dağılacağına inanmıram. Rəhbərliklə görüşəcəyəm. Dedilər ki, komandaya yeni transferlər olunmayacaq. Ona görə də soruşacağam ki, görüm bu nə məsələdir?"
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |