
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın hazırkı vəziyyəti ilə bağlı danışıb. Sportnet.az-ın məlumatına görə, Antalyadan ATV-idmana müsahibə verən komandanın baş məşqçisi Qurban Qurbanov yeni futbolçu axtarışında olduqlarını, amma bununla belə büdcəyə qənaət edəcəklərini bildirib.