"İnter"in Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi İsveçin "Elfsborq" klubu daxili çempionatda növbəti oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, "Brommapoykarna" ilə qarşılaşan Klass İnqessonun başçılıq etdiyi komanda doğma meydanda keçirdiyi oyunu bərabərliklə başa vurub.
"Elfsborq" autsayderin qapısından 2 top keçirib və eyni sayda qol yeyib. Qolların birini isə "Elfsborq" öz qapısına vurub və Hauqer matçın "qəhrəman"ına çevrilib.
"Elfsborq" hazırda 25 xalla 4-cü, "Brommapoykarna" isə 7 xalla sonuncu - 16-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, İsveçin Boras şəhərində "Boras Arena"da baş tutacaq "Elfsborq" - "İnter" matçı iyulun 17-də Bakı vaxti ilə saat 21:00-da başlayacaq.
Bombardirlər: Coy-Lens Mikels ("Sabah"), Felipe Santos ("Araz-Naxçıvan") - hər ikisi 8, Davit Volkov (""Zirə"), Leandro Andrade ("Qarabağ") - hər ikisi 7 qol.