Tacikistan çempionatında kütləvi dava baş verib. Sportnet.az
xəbər verir ki, hadisələr "Xayr” – "Vaxş” komandalarının qarşı-qarşıya gəldiyi matçda yaşanıb.
"Xayr”ın iki oyunçusu Mirzobek Mirzoyev və Bahodir Şaripov
rəqib oyunçuya hücum ediblər və onu yerə sərərək, təpikləyiblər. Nəticədə
Mirzoyev meydandan qovulub, azlıqda qalan "Xayr” isə 0:2 hesabı ilə məğlub olub.