1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan klubunun üzvündən İrlandiya zəfəri
İrlandiyada Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı "An Post Ras” veloyürüşünün 6-cı mərhələsi Azərbaycanın "Synergy Baku” komandası üçün daha bir qələbə ilə yadda qalıb. Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Sportnet.az–a verilən məlumata görə, 36 kollektivin iştirak etdiyi yarışın 167.9 km-lik bu mərhələsi "Synergy Baku”nun üzvü Markus Eybegerin finiş xəttini birinci keçməsi ilə əlamətdar olub.
Öən ay Fransada Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı "Tour de Bretagne” yürüşünün 4-cü mərhələsinin də qalibi olan Eybeger cari mövsüm "Synergy Baku” heyətində 2-ci qalibiyyətinə imza atıb. Velosipedçimiz 4 saat 15 dəqiqə 11 saniyə nəticə ilə starta çıxan 129 iştirakçı arasında mərhələ qalibiyyətinin sevincini yaşayıb. O finiş xəttini 2-ci keçən velosipedçini 6 saniyə qabaqlayıb.
Qeyd edək ki, yarışın 3-cü mərhələsi "Synergy Baku”nun digər üzvü Yan Sokolun qələbəsi ilə əlamətdar olub. 6 mərhələdən sonra ümumi sıralanmada Kristof Şvaytser liderdən 55 saniyə geri qalmaqla 5-ci mövqedə qərarlaşır. Bu gün keçiriləcək 7-ci mərhələdə iştirakçılar 147.7 km məsafə qət edəcəklər. 8 mərhələdən ibarət yürüşə mayın 25-də yekun vurulacaq.