O, Özbəkistanın paytaxtı Daşkəndə dünya çempionu olmaq üçün yollandığını, amma bəzi məqamların istəyinə mane olduğunu açıqlayıb: "Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsindən sonra məni hərbi xidmətə çağırdılar. Buna görə də dünya çempionatına bir həftə qalmış məşqlərə qoşula bildim. Burada ikinci görüşdən sonra tam bərpa ola bilmədim, türk idmançı ilə görüşə vaxtından əvvəl çağırdılar, ona görə də məğlub oldum. Avropa çempionatında finalda, burda isə yarımfinalda uduzdum. Daha çox çalışmalıyam ki, gələn il dünya çempionu olum".
Qeyd edək ki, Rəsul Çunayev bürünc medal uğrunda görüşdə erməni rəqibini 23 saniyəyə məğlub edib. O, qələbəsini addımlayaraq, hərbi salam verməklə qeyd edib.