
"Zirə” klubu daha bir futbolçu ilə müqavilə imzalayıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu, qanalı hücumçu Riçard Qadzedir. 22 yaşlı oyunçu ilə 1,5 illik anlaşma əldə olunub.
Qeyd edək ki, 2012-ci ildə vətənində "Ebusua” klubunda peşəkar karyerasına başlayan Riçard Qadze 3 il sonra Hindistan təmsilçisi "Delhi Dinamos”a keçib. Qadze həmçinin, icarə əsasında Finlandiyanın HİK klubunda da forma geyib.