“Sabah” heyətində çıxış edən Timoteuş Puxaçın transfer hüquqlarına yiyələnib.
Sportnet.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Polşa millisinin müdafiəçisinin transferi ilə bağlı Almaniyanın “Holştayn Kil” klubu ilə danışıqlar uğurla yekunlaşıb.
“Sabah” 27 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Timoteuş Puxaç ötən ilin sentyabr ayından Bakı təmsilçisinin formasını geyinir. O, cari mövsümdə bütün turnirlərdə 33 oyunda meydana çıxıb, 2 qol vurub və 12 məhsuldar ötürmə edib.
















































































