Bizon Azərbaycan Kubokunun final matçından sonra mükafatlandırma mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, təntənəli tədbirə AFFA prezidenti Rövşən Nəcəf, baş katib Cahangir Fərəcullayev və Peşəkar Futbol Liqasının Texniki idman direktoru Elgiz Abbasov qatılıb.
Əvvəlcə FIFA referisi Elçin Məsiyevin başçılığı ilə oyunun hakimlər briqadası mükafatlandırlıb.
Ardından finalda 1:2 hesabı ilə uduzan "Zirə"yə medallar təqdim olunub.
Sonda isə qalib "Sabah"ın futbolçuları səhnəyə dəvət olunub. Onlar medalları aldıqdan sonra kapitan Stas Pokatilov səhnəyə çıxıb və ona kubok verilib.
Qeyd edək ki, "Sabah" ardıcıl ikinci mövsüm Azərbaycan Kubokuna sahib çıxıb.















































































