- Oyun haqqında fikirlərinizi bölüşərdiniz...
- Düşünürəm ki, oyuna çox yaxşı başladıq. Rəqibə təzyiq göstərdik. Komandamız adına çox sevincliyəm. “Neftçi” üçün də çox xoşbəxtəm. Hər şey yaxşı gedir. Düzgün çalışırıq və nəticələr də, oyun da bunu göstərir. Bu, çox gözəldir.
- “Sabah” kubokda qalib gəlsə, Konfrans Liqasına vəsiqəni tam təmin etmiş edəcəyinizi düşünürsünüz?
- Avropaya getməyi düşünməyimiz üçün əvvəlcə onların kuboku qazanması lazımdır. Yəni hər şey yalnız bizdən asılı deyil, onlardan da asılıdır.
- Növbəti mövsüm də komandada qalacaqsınız?
- Bəli, burada qalacağam. Özümü burada çox yaxşı hiss edirəm. Mövsümün ikinci hissəsində bir az zədə problemim oldu, buna görə az oynadım. Amma xoşbəxtəm və əlbəttə ki, burada qalmaq istəyirəm.
Mikayıl HACIYEV



















































































