Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında Azərbaycanın daha bir cüdoçusu medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 66 kq çəki dərəcəsində yer alan Turan Bayramov bürünc medala sahib olub.
Son anda heyətə daxil edilmiş Bayramov 3-cü yer uğrunda görüşdə rusiyalı Abdullax Parçiyev olub. Rəqibinə ipponla qalib gələn 24 yaşlı idmançı karyerasında ilk dəfə Avropa çempionatında fəxri kürsüyə yüksəlib.
Qeyd edək ki, Turan Bayramov Avropa çempionatı üçün heyətə Ruslan Paşayev zədələndiyi üçün salınmışdı.
------------------------
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında 60 kq çəki dərəcəsində bürünc medal görüşündə Azərbaycanın iki təmsilçisi üz-üzə gəlib.
Sportnet.az-ın məlumatına görə, yarımfinalda hakimlərin ədalətsizliyi nəticəsində uduzdurulan Balabəy Ağayev 1/4 finalda məğlub olmuş Əhməd Yusifovla qarşılaşıb.
Görüş Yusifovun qələbəsi ilə yekunlaşıb. Beləliklə, o, bürünc medala sahib olub. Ağayev isə 5-ci yeri tutub.
--------------------
Azərbaycan cüdoçusu Şəfəq Həmidova Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.
Sportnet.az xəbər verir ki, 48 kq çəki dərəcəsində rəqib ispaniyalı Laura Martines Abelenda olub.
Qarşılaşmadan məğlub ayrılan Həmidova yarışı 5-ci pillədə başa vurub.


















































































