
Azərbaycan III MDB Oyunlarında ilk qızıl medalını qazanıb.
Sportnet.az xəbər verir ki, taekvondoçu Ziya Həsənli (63 kq) bu nailiyyəti əldə edib.
Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən taekvondo turnirinin finalında o, Rusiya təmsilçisini Yeqor Lakini məğlub edərək III MDB Oyunlarının çempionu olub.
Bu, Azərbaycanın ev sahibliyi etdiyi Oyunlarda ilk qızıl medalıdır.