
"Bu gün üzgüçülük yarışına start verilib. Çox gözəl nəticələrimiz var".
Bunu Sportnet.az-a açıqlamasında MDB Oyunlarında gümüş medal qazanan Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadə deyib.
O, əvvəlki MDB Oyunlarında heç vaxt üzgüçülük üzrə medal əldə etmədiklərini xatırladıb: "Bu, bizim ilk medallarımızdır. Çox fəxr edirik ki, ilk yarış günündəcə medallar əldə etmişik. Özüm gümüş medal əldə etsəm də, bu, hələ son deyil. Gələcəkdə qızıl medal da gözləyirəm. Hamını gözəl nəticələr münasibətilə təbrik edir, şəxsi məşqçimə, baş məşqçimizə, federasiyamıza, Gənclər və İdman Nazirliyinə təşəkkürümü bildirirəm".