
Azərbaycan stolüstü tennisçiləri Yağmur Məmmədli ilə Aylin Əsgərova III MDB Oyunlarının bürunc mükafatına layiq görülüblər.
Sportnet.az Bu gün kecirilən qoşa yarışların yarımfinalında Belarusun Yana Zadsko-Sofiya Beliasava tandeminə 1:3 hesabı ilə uduzan idmançılar üçüncü yeri tutublar.
Oğlanların qoşa yarışlarının yarımfinalında belaruslu İvan Zaytsau-Aleksey Rabuşka cütu üzərində 3:0 hesablı qələbə qazanan Adil Əhmədzadə ilə Onur Quluzadə isə finala yüksəlib.
Azərbaycan idmançıları bu gün saat 18:00-da keçiriləcək həlledici görüşdə rusiyalı Yevgeni Vasikov - Yevgeni Dosov cütü ilə qarşılaşacaqlar.