
Ukraynanın Krivoy Roq Sambo Federasiyasının prezidenti Yevgeni Ponırko silahlı hücum nəticəsində həyatını itirib.
Sportnet.az-ın məlumatına görə, qətl hadisəsi Ponırkonum evinin qarşısında baş verib.
Silahlı hücum zamanı daha bir şəxs yaralanıb və o, xəstəxanaya çatdırılıb.
Ponırkonun qatili 7 dəfə atəş açıb. Onun şəxsiyyəti müəyyənləşdirilir. Hadisə ilə əlaqədar qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.