
Qəbələ Olimpiya İdman Kompleksində III MDB Oyunlarının stolüstü tennis yarışında Azərbaycan daha üç medal qazanıb.
Sportnet.az xəbər verir ki, Onur Quluzadə fərdi yarışda rusiyalı Yevgeni Dosova 0:3 hesabı ilə uduzaraq, gümüş medala sahib çıxıb.
Daha 2 medalı Adil Əhmədzadə və Mərziyə Nurmətova əldə edib. Əhmədzadə rusiyalı Yevgeni Vasikova, Nurmətova isə Rusiyanın digər təmsilçisi Zlata Terexovaya 0:3 hesabı ilə məğlub olub və onlar da gümüş medallarla kifayətləniblər.
Qeyd edək ki, Azərbaycanın stolüstü tennisçiləri daha əvvəl 6 medal (3 gümüş, 3 bürünc) qazanıblar.