
Azərbaycan stolüstü tennişçiləri Onur Quluzadə ilə Adil Əhmədzadə bu gün III MDB Oyunlarının qoşa yarışlarının final matçına çıxıblar.
Sportnet.az xəbər verir ki, həlledici görüşdə rəqib rusiyalı İvan Zaytsov - Aleksey Ryabuşka dueti olub.
Görüş Rusiya təmsilçilərinin qələbəsi ilə yekunlaşıb - 3:0.
Bununla da azərbaycanlı duet gümüş mükafata sahib olub.
Qarışıq-qoşa yarışlarda bacarığını göstərən Onur Quluzadə - Mərziyyə Nurmətova cütü və qoşa yarışlarda mübarizə aparan Aylin Əsgərova - Yağmur Məmmədli tandemi üçuncü yeri tutub.
Qeyd edək ki, bu, stolüstü tennisçilərin III MDB Oyunlarında qazandıqları 6-cı mükafatdır. Bunadək, qızlardan və oğlanlardan ibarət kollektivlər komanda yarışlarında ikinci yeri tutub. Yağmur Məmmədli isə 14 yaşlılar arasında bürünc medal qazanıb. Sabah 3 idmançı - Adil Əhmədzadə, Onur Quluzadə və Mərziyyə Nurmətova şəxsi yarışların final görüşunə çıxacaq.