
16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi III MDB Oyunlarına qələbə ilə başlayıb.
Sportnet.az xəbər verir ki, A qrupunda yer alan yığma ilk görüşündə Tacikistana qalib gəlib - 1:0.
Qəbələ şəhər stadionunda təşkil olunan matçda yeganə qolu 29-cu dəqiqədə Xəzər Hüseynzadə vurub. Milli qrupda növbəti oyununu oktyabrın 1-də Qırğızıstan yığmasına qarşı keçirəcək.
Matçdan əvvəl torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.