
FIFA 2030-cu ildə 64 komandalı dünya çempionatı keçirməyə hazırdır.
Sportnet.az Ole nəşrinə istinadən xəbər verir ki, qurum Cənubi Amerika Futbol Konfederasiyasının mundial iştirakçılarının sayını rekord səviyyədə genişləndirmə təklifini dəstəkləyir.
Bu halda dünya çempionatı hər birində 4 yığma olmaqla, 16 qrupda keçiriləcək.
Pley-off mərhələsinə isə hər qrupdan 2 ən yaxşı komanda çıxacaq.
Oyunların İspaniya, Portuqaliya, Mərakeş, Argentina, Paraqvay və Uruqvayda təşkil olunacağı bildirilir. Üç qrupda görüşlər Cənubi Amerikada, qalanları Avropa və Afrikada olacaq.
Qeyd edək ki, daha əvvəl FIFA iştirakçı sayını 32-dən 48-ə qaldırıb. DÇ-2026 48 ölkənin çıxış edəcəyi ilk mundial olacaq.