
Bədii gimnastika üzrə Olimpiya çempionu Alina Kabayevanın “Nebesnaya qratsiya” bədii gimnastika akademiyası III MDB Oyunlarında iştirak edəcək.
Oyunların Əməliyyat Komitəsindən Sportnet.az-a verilən məlumata görə, bədii gimnastikaya həsr olunmuş dünyanın yeganə çoxformatlı məkanının rusiyalı gimnastları Şəki şəhərindəki Olimpiya İdman Kompleksinin arenasında öz bacarıqlarını nümayiş etdirəcəklər.
Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabrda Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.