
Şəki Şəhər Stadionunda III MDB Oyunlarının proqramına daxil olan çövkən yarışlarına start verilib.
Sportnet.az-ın məlumatına görə, açılış oyununda Azərbaycan millisi Qırğızıstan yığmasını 4:0 hesabı ilə məğlub edib.
Bu yarışda 6 komanda iştirak edir. A qrupunda Azərbaycan, Qırğızıstan və Küveyt, B qrupunda isə Özbəkistan, Qazaxıstan və Türkiyə yer alıb. Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala yüksələcəklər.
Azərbaycan millisi növbəti oyununu sentyabrın 30-da Küveytə qarşı keçirəcək.