
Azərbaycan gimnastı Selcan Mahsudova dünya rekordunu yeniləyib.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, bu, Almaniyada keçirilən batut gimnastikası üzrə Dünya Kubokunda baş verib.
Mahsudova fərdi proqramda havada dördlü üçqat salto etməklə yeni rekord müəyyənləşdirib.